Bu ilin fevral ayında Azərbaycan 14 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.
Sənədə əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 milyon ABŞ dolalrı və ya 86,7 % çoxdur.
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 23,6 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib. Bu isə bir il əvvəlki göstəriciyə nisbətən 5,8 milyon ABŞ dolları və yaxud 32,6 % çoxdur.
Hesabat dövründə Azərbaycanın ümumi ixracı 4,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 651,4 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, polipropilen "SOCAR Polymer" MMC-nin illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.