Azərbaycanın 4 neft sənayesi işçisinə Prezidentin fərdi təqaüdü verilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:

Həsənov Raqif Yaqub oğlu

Nərimanov Akif Əli oğlu

Orucov Nizami Nəcəfqulu oğlu

Ramazanova Elmira Məmmədəmin qızı.

Digər xəbərlər