Azərbaycanda qaz istehlakı 4 %-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda təbii qazın istehlakı 4 milyard 930 milyon 836 min kubmetr təşkil edib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin I rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəriciləri üzrə hesabatda deyilir.

Təbii qaz istehlakı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 169 milyon 794 min kubmetr və ya 3,6 % artıb.

Qeyd edək ki, ötən ilin birinci rübündə ölkə ərazisində təbii qaz istehlakı 4 milyard 761 milyon 042 min kubmetr təşkil edib

Digər xəbərlər

Lerikin 80 kəndi işıqsız qalıb 19 yanvar, 2026 / 12:23