Azərbaycanda ötən il üçün metanol istehsalının həcmi açıqlanıb

2023-cü ildə Azərbaycanda 494,6 min ton metanol (metil spirti) istehsal olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 7,5 % azdır.

Bu il yanvarın 1-nə 12,7 min ton hazır məhsul istehsalı yaranıb.

Metanol istehsalı Bakının Qaradağ rayonunda - Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir. Zavod 2013-cü ildə istismara verilib, 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərib, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Digər xəbərlər