Azərbaycanda günəş elektrik enerjisinin istehsalı 15 % artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 58,4 milyon kVt/saat günəş enerjisi istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 % çoxdur.

Məlumata görə, hesabat dövründə Azərbaycanda 24 milyard 717,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 5,1 % çoxdur. Bunun 23 milyard 906,1 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 4,9 % çoxdur.

11 aylıq istehsalın 1 milyard 502,3 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının (29,2 % artım), 22 milyard 300,6 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalının (3,7 % artım), 44,8 milyon kVt/saatı külək elektrik stansiyaların istehsalının (44,7 % az) payına düşüb.

BundaN başqa, 11 ay ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 milyard 550,9 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu, ötən ilin 11 ayı ilə müqayisədə 3,2 % artım deməkdir.

Son 1 ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların dəyəri 4,7 % artaraq 446,2 milyon manat təşkil edib.

Digər xəbərlər