Azərbaycanda əmtəəlik propilen istehsalı 10 % azalıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 105,2 min ton həcmində propilen, 105,2 min ton həcmində polietilen, 109 min ton həcmində etilen istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin yanvar-oktyabr aylarında propilen istehsalının 100,6 min tonu əmtəəlik məhsulun payına düşüb.

Hesabat dövründə propilen istehsalı 11,8 %, əmtəəlik propilen istehsalı 9,9 % azalıb.

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə etilen və polietilen istehsalı isə müvafiq olaraq illik müqayisədə 23,8 % və 22 % azalıb.

Digər xəbərlər