Azərbaycanda bu ilin 6 ayında 25 milyard kubmetrdən çox təbii qaz hasil olunub

2026-cı ilin yanvar-iyun aylarında ölkədə 25,4 milyard kubmetr təbii qaz hasil edilib.

Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hasil edilmiş qazın 7,3 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"nin, 13,7 milyard kubmetri "Şahdəniz"in, 0,8 milyard kubmetri "Abşeron" yatağının, 3,6 milyard kubmetri isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)-ın payına düşüb.

Bu dövrdə xaricə qaz ixracı 12,7 milyard kubmetr təşkil edib. Bunun 5,9 milyard kubmetri Avropanın, 4,9 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 3 milyard kubmetr), 1,2 milyard kubmetri Gürcüstanın, 0,7 milyard kubmetri isə Suriyayanın payına düşüb.

"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən cari ilin 1 iyul tarixinədək 679,8 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 529,6 milyard kubmetr qaz hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 625,6 milyon ton neft, 251,1 milyard kubmetr qaz, "Şahdəniz"dən isə 54,2 milyon tona yaxın kondensat, 278,5 milyard kubmetr qaz hasil edilib.

Digər xəbərlər

Sabah Şahbuzda işıq kəsiləcək 27 noyabr, 2026 / 16:38