Azərbaycanda benzin və dizel yanacağı istehsalı artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 615 min ton həcmində avtomobil benzini istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur.

Ümumilikdə, 5 ay ərzində Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 2 milyard 155,4 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 7 % çoxdur.

Hesabat dövründə ölkədə 980,6 min ton dizel yanacağı istehsal edilib ki, bu da illik müqayisədə 6,2 % çoxdur.

5 ayda 27,7 min ton sürtkü yağları, 94,3 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 5 ayına nisbətən sürtkü yağlarının istehsalı 6,1 %, neft bitumunun istehsalı isə 18,9 % artıb.

Həmçinin, ilin yanvar-may aylarında ölkədə 82,5 min ton maye qaz, 267,7 min ton ağ neft, 96,3 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 20,7 %, neft koksunun istehsalı 8,9 % azalıb, ağ neftin istehsalı 20,6 % artıb.

Bu ilin ilk 5 ayı ərzində Azərbaycanda 1 min ton mazur istehsal edilib ki, bu da illik müqayisədə 69,7 % azdır.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31