Azərbaycana 4 ölkədən elektrik sayğaclarının tədarükü bərpa edilib

2022-ci il ərzində Azərbaycana xaricdən 8,6 milyon ABŞ dolları dəyərində 283 min 713 ədəd elektrik enerjisi sayğacı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 12 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 5,61 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46 % azdır) 106 min 778 ədəd (-28 %), Türkiyədən 2,779 milyon ABŞ dolları dəyərində (+67 %) 175 min 980 ədəd (+2,3 %), Rusiyadan 118 min ABŞ dolları dəyərində (+92 %) 701 ədəd (+37 %), Fransadan 65,21 min ABŞ dolları dəyərində (+326 dəfə) 10 ədəd (+5 dəfə), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 20 min ABŞ dolları dəyərində 3 ədəd cihaz alıb.

Azərbaycana İtaliyadan (1,03 min ABŞ dolları dəyərində 9 ədəd), Kanadadan (2,9 min ABŞ dolları dəyərində 1 ədəd), Yunanıstandan (1,73 min ABŞ dolları dəyərində 1 ədəd) və ABŞ-dan elektrik sayğacların tədarükü bərpa edilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Sloveniyadan (0,59 min ABŞ dolları dəyərində 80 ədəd) və Yaponiyadan (1,9 min ABŞ dolları dəyərində 1 ədəd) idxal həyata keçirilib.

Digər xəbərlər