Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 22 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 208,751 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,7 % çoxdur.

Təkcə oktyabrda isə Türkiyə Azərbaycana 17,254 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 9 % çoxdur.

10 ayda Türkiyənin ümumi elektrik və elektronika məhsulları ixracının dəyəri illik müqayisədə 9,3 % artaraq 13,406 milyard ABŞ dollarına, oktyabrda isə 7,5 % artaraq 1,42 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər