2023-cü ildə Azərbaycan Rusiyadan 1 milyon 303 min 999,1 ton xam neft idxal edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Rusiyadan Azərbaycana ixrac edilən neftin dəyəri 729 milyon 263,74 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci illə müqayisədə həcm baxımından 1 milyon 104 min 396,3 ton və ya 6,6 dəfə, məbləğ baxımından isə illik müqayisədə 597 milyon 910,81 min ABŞ dolları və ya 5,5 dəfə çoxdur.
Ötən il ərzində Azərbaycan ümumilikdə 1 milyard 077 milyon 236,2 min ABŞ dolları dəyərində 1 milyon 917 min 793,68 ton xam neft idxal edib. Bu da 2022-ci illə müqayisədə məbləğ baxımından 626 milyon 308,37 min ABŞ dolları və ya 2,4 dəfə, həcm baxımından isə 1 milyon 244 min 425,48 ton və ya 2,8 dəfə çoxdur.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 30 milyon 189,6 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 30 milyon 083,1 min tonu əmtəəlik xam neftin payına düşüb. Hesabat dövründə neft hasilatı daha əvvəlki 2022-ci illə müqayisədə 7,5 % (əmtəəlik neftin həcmləri isə 7,6 %) azdır.