Azərbaycan polipropilen ixracını 65 % artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 42 min 074,35 ton ilkin formalarda polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 44 milyon 246,73 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 65,4 % və 16,7 % çoxdur.

Polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 3,73 % olub, ilkin formalarda polipropilenin ölkənin ümumi ixracındakı payı 0,35 % olub.

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 883 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 12 milyard 585 milyon ABŞ dolları ixracın, 5 milyard 298 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Digər xəbərlər