Azərbaycan neft emalının həcmini açıqlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1,1 milyon tona yaxın neft emal edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin açıqladığı operativ məlumatlarında deyilir.

Bu, 2023-cü ilin ilk iki ayı ilə müqayisədə eyni səviyyədə qalıb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 6,5 milyon tona yaxın neft emal edilib. Bu, 2022-ci ilə nisbətən 300 min ton və ya 4,8 % çoxdur.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Bahar yatağında hasilat azalıb 04 avqust, 2026 / 17:11