Azərbaycan metanol istehsalını 20 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 204,4 min ton həcmində metanol (metil spirit) istehsal olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin ilk 5 ayının göstəricisi ilə müqayisədə 20 % çoxdur.

Bu il iyunun 1-nə 12,5 min ton hazır məhsul istehsalı yaranıb.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Metanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 26 fevral, 2026 / 09:40