Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 163,4 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın dekabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,9 % çoxdur.
Təkcə noyabrda isə Azərbaycan 10,4 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 1,9 % azdır.
11 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.