Bu ilin iyul ayında Azərbaycanda orta gündəlik neft hasilatı 470 min barel təşkil edib.
Bu barədə “Report” “S&P Global”ın icmalına istinadən xəbər verir.
İcmala əsasən, Azərbaycanın 2025-ci il üçün kvotasını nəzərə alaraq, iyul ayında "OPEC+" razılaşması çərçivəsində neft hasilatında geriləmə gündəlik 81 min barel təşkil edib.
Ötən ay Azərbaycanda gündəlik neft hasilatı iyun ayının göstəricisi ilə müqayisədə 10 min barel azalıb.
Azərbaycanın "OPEC+" ölkələri nazirlərinin 37-ci iclası çərçivəsində bu il üçün neft hasilatı kvotası gündəlik 551 min barel səviyyəsində saxlanılıb.