Azərbaycan fevralda enerji istehsalını 2% artırıb

Bakı. 6 mart. REPORT.AZ/ Bu ilin fevral ayında Azərbaycanın enerjisi sistemində ümumilikdə 1,937 mlrd. kVt/s elektrik enerjisi istehsal edilib. 

“Report”un “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32 mln. kVt/s və yaxud 1,68% artıb.

Məlumata görə, bu ilin fevralında istehsal edilən enerjinin 1,908 mlrd. kVt/s-ı yaxud 98,5%-i “Azərenerji”nin payına düşüb. Digər 29 mln. kVt/s-ı və ya 1,5%-i isə Naxçıvan Dövlət Energetika Agentliyinin payına düşür.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31