Azərbaycan əhalisi yanacaq xərclərini 9 %-dək artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 12,7 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, satılan benzin və dizel yanacağı ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 % çoxdur.

Bu ilin 9 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,7 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Qeyd edək ki, bu ilin yanvar-sentybar aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 milyard 553,1 milyon manatlıq, o cümlədən 20 milyard 14,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 milyard 539 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Digər xəbərlər