Azərbaycan benzin istehsalını 21 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 951,2 min ton həcmində avtomobil benzini istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2022-ci ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 21,3 % çoxdur.

Bu ilin 8 ayında ölkədə 1 milyon 547,4 min ton dizel yanacağı istehsal edilib ki, bu da 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 22,4 % çoxdur.

Ümumilikdə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 2 milyard 974,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur.

Hesabat dövründə 40 min ton sürtkü yağları, 171,5 min ton neft bitumu istehsal edilib. Ötən 8 ay ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 70,9 %, artıb, neft bitumunun istehsalı isə 33,4 % azalıb.

Həmçinin, ölkədə 159,6 min ton maye qazlar, 384,2 min ton ağ neft, 5,2 min ton mazut, 160,7 min ton neft koksu istehsal edilib.

Son bir ildə Azərbaycanda maye qazların istehsalı 8,9 %, ağ neftin istehsalı 7,5 %, neft koksunun istehsalı 37,8 % artıb. Bu müddət ərzində ölkədə mazutun istehsalı 92,3 % azalıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 05 dekabr, 2025 / 09:45
Azərbaycan nefti bahalaşıb 04 dekabr, 2025 / 09:34