Azərbaycan Belarusa propilen ixracını 9 dəfə artırıb

2024-cü ilin ilk ayında Azərbaycan 8,87 milyon ABŞ dolları dəyərində 8 min 106 ton propilen ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 68 %, kəmiyyət olaraq – 95 % çoxdur.

Azərbaycan Rusiyaya 8,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 64 % çoxdur) 7 min 510 ton (+92 %) və Belarusa 656 min ABŞ dolları dəyərində (+8 dəfə) 595 ton (+9 dəfə) məhsul satıb.

Hesabat dövründə Azərbaycan 378,3 min ABŞ dolları dəyərində (+67 %) 229,2 ton (+64 %) propilen idxal edib.

Azərbaycan Türkiyədən 216,25 min ABŞ dolları dəyərində (+5 dəfə) 125,7 ton (+5,5 dəfə), Cənubi Koreyadan 91,9 min ABŞ dolları dəyərində (+31 %) 65,7 ton (+47 %), Niderlanddan 40,8 min ABŞ dolları dəyərində 13,75 ton (bir il əvvəl tədarük olmayıb) və Səudiyyə Ərəbistanından 29,3 min ABŞ dolları dəyərində (-55 %) 24 ton (-50 %) məhsul alıb.

Digər xəbərlər