Azərbaycan 9 ayda emal etdiyi neftin həcmini açıqlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 4,6 milyon ton neft emal edilib.

"Report" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 9 ayın göstəriciləri ilə bağlı açıqladığı operativ məlumatlarında deyilir.

Bu, 2024-cü ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə Azərbaycanda neft emalı həcmləri 0,4 min ton və ya 8 % azdır.

Xatırladaq ki, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə neftin emalı 5 milyon ton təşkil edib.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 13 dekabr, 2025 / 10:39