Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) artıq 2018-ci ildən etibarən Ai-92 və Ai-95 markalı benzin istehsalını "Euro-5" ekoloji standartına uyğun həyata keçirəcək.
"Report"un verdiyi xəbərə görə, bunu SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov bildirib: "Bizim bir proqramımız var. Həmin proqrama görə, 2018-ci ildən "Euro-5" standartına uyğun 92 və 95 markalı benzin emal olunacaq".
"Qərar qəbul olunub ki, 2014-cü ilin aprelindən mövcud olan zavodlar Ai-92 markalı benzin istehsal etsin. Ai-95 benzinə olan tələbatın isə idxal hesabına təmin olunması qərara alınıb. "Euro-5" benzini bu gün ekoloji cəhətdən ən təmiz benzin hesab olunur. Bu qərarı verməyimizin səbəbi də ekologiyanı düşünməyimizdir. Ölkədə əsas benzin istehlakçıları Ai-92 benzinin istifadəçiləridir".