Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün saat 16:00 radələrində ARDNŞ-in “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun baş verib. Hadisə nəticəsində estakadanın üzərindən keçən 250 mm diametlik neft xətti qırılıb. Qəzanın daha böyük miqyas almaması məqsədi ilə NQÇİ-nin ərazidə olan 5 nəfər işçisi 307 saylı meydançaya gedərək oradakı qazpaylayıcı batareyanın siyirtmələrini bağlayıb. Beləliklə, yanğının və neftin dənizə axma təhlükəsinin qarşısı alınıb. Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da uçub və onlar dənizə düşüblər. Operativ xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılıb. Onlardan 1 nəfəri dünyasını dəyişib. Dənizə düşməsi ehtimal edilən 1 nəfərin axtarış işləri davam etdirilir. Qaradağ-10, PS-158, PSK-51, Ağdərə-4, PSK-31, Orion-4, Şirvan-2, Zərdab-3 gəmiləri axtarış işlərinə cəlb olunub.
ARDNŞ-in Xəzərdəki estakadasında uçqun zamanı 4 nəfər xilas olunub
Digər xəbərlər
Putin: Türkiyəli investorlar Akkuyu AES layihəsində Rosatomun payının bir hissəsini almağa hazırdır
28 oktyabr, 2026 / 17:29
Azərbaycanda KOB-ların yaşıl enerji şəbəkəsinə qoşulması üçün əsas şərt açıqlanıb
28 oktyabr, 2026 / 12:20
Azərbaycanda ictimai nəqliyyatın şarjında yaşıl enerjidən istifadə edilə bilər
28 oktyabr, 2026 / 11:54
Azərbaycan COP31-də ikinci ikiillik şəffaflıq hesabatını təqdim edəcək
28 oktyabr, 2026 / 11:45
Azərbaycan Bolqarıstana neft satışını 4,5 dəfə artırıb
28 oktyabr, 2026 / 11:23
Elnur Soltanov: Azərbaycanda yaşıl enerji ilə qalıq enerjisi arasında bazar rəqabəti güclənir
28 oktyabr, 2026 / 11:20
BMT rəsmisi: Azərbaycanla əməkdaşlıqda yaşıl inkişafa diqqət yetiririk
28 oktyabr, 2026 / 10:42
Səməd Bəşirli: Son 4 ildə Azərbaycanda qeyri-neft sənayesi 1,5 dəfə artıb
28 oktyabr, 2026 / 10:23
Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
28 oktyabr, 2026 / 09:24
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
27 oktyabr, 2026 / 23:02
VAM Caspian BP ilə Xəzər dənizində qazma işlərinə dəstək üzrə xidmət müqaviləsini uzadıb
27 oktyabr, 2026 / 20:31
Pərviz Şahbazov: Azərbaycan bu günədək Türkiyəyə 131 milyard kubmetr qaz tədarük edib
27 oktyabr, 2026 / 18:35
Tunis Azərbaycandan neft alışını 2 dəfədən çox artırıb
27 oktyabr, 2026 / 14:10
Sabah Yardımlının 7 kəndində qaz olmayacaq
27 oktyabr, 2026 / 11:52
Əlcəzair Azərbaycan şirkətlərinə 7 neft-qaz bloku üzrə tenderdə iştirak etməyi təklif edib
27 oktyabr, 2026 / 09:53
Azərbaycan neftinin qiyməti 128 dollara yaxınlaşıb
27 oktyabr, 2026 / 09:47
Masallı, Ağstafa və Samuxun bir sıra ərazilərində bu gün işıq olmayacaq
27 oktyabr, 2026 / 08:50
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq
27 oktyabr, 2026 / 02:54
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
27 oktyabr, 2026 / 00:21