Amerikada neft ehtiyatları əhəmiyyətli dərəcədə artıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Ötən həftə Birləşmiş Ştatlarda neft ehtiyatları 8 milyon barel artıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb.

"S&P Global Platts"ın məlumatına görə, ehtiyatların 0,6 mln. barel azalacağı gözlənilirdi.

Həftə ərzində benzin ehtiyatları 4,1 mln. barel artıb, distillyat ehtiyatları 0,6 mln. barel azalıb.

Digər xəbərlər

Sabah Şahbuzda işıq kəsiləcək 27 noyabr, 2026 / 16:38