Azərbaycanın energetika naziri Pərviz Şahbazov “8-ci Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində Almaniyanın iqtisadiyyat və iqlim naziri, vitse-kansler Robert Habek ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə azərbaycanlı nazir məlumat verib.
"Görüşdə enerji sahəsində əməkdaşlıq və bərpa olunan enerji layihələrinə dair müzakirələr apardıq. R.Habek Azərbaycana səfər edəcəyini bildirdi", - deyə o, qeyd edib.