​Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq

Bakı. 20 avqust. REPORT.AZ/ Sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Böyükşor” və “Sabunçu ümumi” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Təmir müddətində aparılan işlərin Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 fevral, 2026 / 09:40