Abşeron magistral qaz kəmərləri sahəsində təmir aparılır

Bakı. 12 yanvar. REPORT.AZ/ Yanvarın 12-də saat 10:00-dan  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Bahar Enerji Əməliyyat Şirkəti əsas ölçü qovşağı”nda cari təmir işləri aparılmağa başlanıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, işlər saat 18:00-dək davam edəcək.

Aparılan işlərin Bakı şəhəri Xətai rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Digər xəbərlər