ABŞ-ın "Şimal axını-2" kəmərinə sanksiyaları qüvvəyə minib

ABŞ-ın "Şimal axını-2" və "Türk Axını" boru kəmərlərinə qarşı tətbiq etdiyi sanksiyalar qüvvəyə minib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Açıqlamada deyilir ki, ABŞ kəmərlərin çəkilişlərini həyata keçirən şirkətlərdən işi dərhal dayandırmalarını tələb edir.

Məhdudiyyətlər layihələrdə iştirak edən gəmilərə də şamil ediləcək.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31