ABŞ-da ehtiyatların artması neftin qiymətini sabitləşdirib

ABŞ-da neft xammalı ehtiyatlarının gözlənilməz artımı haqqında məlumatlardan sonra dünya bazarlarında neftin qiymətinin artımı dayanıb.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,01% ucuzlaşaraq, 1 bareli 82,62 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti 0,06% artıb və 1 bareli 78,98 ABŞ dolları təşkil edib.

İnvestorlar Amerika Neft İnstitutunun (API) ABŞ-dakı neft ehtiyatları ilə bağlı açıqladığı məlumatları qiymətləndirirlər. Belə ki, ötən həftə ərzində ABŞ-da neft ehtiyatları təxminən 1 milyon barel artıb. Analitiklər isə ehtiyatların 0,3 milyon barel artacağını güman edirdilər.

Digər xəbərlər