ABŞ-da xam neft ehtiyatlarının xeyli artımı ilə bağlı məlumatlar açıqlandıqdan sonra dünya bazarlarında "qara qızıl"ın qiyməti 1% düşüb.
"Report" xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,91 % ucuzlaşaraq 1 bareli 79,36 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 1 % düşərək 1 bareli 74,35 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ABŞ-ın Neft İnstitutu (API) ölkədə neftin kommersiya ehtiyatlarının yanvarın 6-dək olan həftə ərzində 14,87 milyon barel artdığını açıqlayıb.