Bakı. 31 yanvar. REPORT.AZ/ YUNİSEF və ECHO-nun (Extension for Community Healthcare Outcomes) birgə layihəsi çərçivəsində Neftçala rayonunun Aşağısurra kəndində 5-9-cu sinif şagirdlərinə fövqəladə hallarla bağlı ensiklopediyalar paylanılıb.
"Report" YUNİSEF-in Azərbaycan nümayəndəliyinə istinadən xəbər verir ki, ensiklopediyaları uşaqlara ECHO-nun nümayəndasi Sercan Stoyanoviç və YUNİSEF-in fövqəladə hallar üzrə beynəlxalq mütəxəssisi Tatyana Ten təqdim edib.
Layihənin əsas məqsədi uşaqlar üçün risklərin azaldılması və onlara fövqəladə hallar zamanı zəruri yardımın göstərilməsinı öyrətməkdir.