Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) alimlərin məqalələrinin yüksək reytinqli impakt faktorlu jurnallarda dərcolunma göstəriciləri çox da ürəkaçan deyil.
"Report" xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli qurumun 2025-ci il üzrə Ümumi yığıncağında deyib.
Onun sözlərinə görə, Akademiya monoqrafiyaların və məqalələrin sayına görə respublika üzrə rekord göstəricilərə malikdir:
"Təəssüf ki, yüksək reytinqli impakt faktorlu jurnallarda dərc olunan məqalələr baxımından keçən illə müqayisədə irəliləsək də, göstəricilərimiz çox da ürəkaçan deyil. Akademiyanın elmi bölmələrinin rəhbərləri, elmi-tədqiqat institutlarının direktorları bu sahədə ciddi dönüş yaratmaq üçün çox çalışmalıdırlar".