Kəlbəcər məktəbinin tikintisinə bütün nəzarət 25 yaşlı gənc inşaat mühəndisi tərəfindən aparılıb.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr edilən tədbirdə deyib.
Nazir əlavə edib ki, bu çox mürəkkəb iş idi:
"Gənc yaşına baxmayaraq o çox çətin bir şəraitdə gözəl iş ortaya qoydu.
Qarabağ universitetinin inşaatında da gənc memarlar aktiv iştirak etdilər. Ümumilikdə Qarabağın bərpasında AzMİU-nun yetişdirdiyi məzunların böyük əməyi var".