"Mart ayında keçirilmiş buraxılış imtahanlarında iştirak edənlərin 16 faizi 200-baldan yuxarı nəticə göstərib".
“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bu nəticə isə ümumilikdə 10 min 800-ə yaxın abituriyentə aiddir.
Qeyd edək ki, bu il mart ayının 5-6-sı və 12-13-ündə paytaxt və bölgələlərdə XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib. Buraxılış imtahanlarında maksimum bal 300-dür.