"Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək" texniki yardım layihəsinin rəsmi açılışı olub 

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Dövlət İmtahan Mərkəzinin (DİM) həyata keçirdiyi “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsinin rəsmi açılışı olub.

"Report" xəbər verir ki, tədbirdə bir sıra dövlət və özəl qurumların rəhbər şəxsləri, Avropa İttifaqının Azərbaycandakı səfiri və nümayəndələri, həmçinin beynəlxalq ekspertlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə layihənin dövlət qulluğu sistemindəki islahatlara verəcəyi töhfələr, DİM-in dövlət qulluğuna qəbul, qulluqda yüksəliş və xidməti fəaliyyətin qiymətləndirilməsi, davamlı peşəkar inkişaf və fərdi karyeranın planlaşdırılması üzrə imkanlarını necə inkişaf etdirəcəyinə dair məlumat verib.

O, DİM ilə Avropa İttifaqı arasında bu vaxta qədər həyata keçirilən digər əməkdaşlıq layihələrindən də söhbət açıb.

Avropa İttifaqının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Peter Mixalko həyata keçirilən layihənin əhəmiyyətini vurğulayıb.

Daha sonra tədbirdə DİM-in əməkdaşları və beynəlxalq ekspertlər tərəfindən təqdimatlar edilib.

Digər xəbərlər