Yaz mövsümündə meşə fondu torpaqlarında 800 mindən çox ağac əkilib

Yaz ağac əkini mövsümü başlayandan bugünədək meşə fondu torpaqlarında 800 mindən artıq ağac əkilib.

"Report" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bayram tətili günlərində ölkə ərazisinin meşə fondu torpaqlarında yeni meşə əkinləri və meşəbərpa tədbirləri davam edir.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, martın 24-25-də Bərdə, Şəmkir, Tovuz, Şamaxı, Qəbələ, Şəki, Quba, Şabran və Lənkəran rayonlarının meşə fondu torpaqlarında ümumilikdə 20 mindən çox ağac əkilib.

“Yaz ağac əkini mövsümü başlayandan bugünədək meşə fondu torpaqlarında ümumilikdə 800 mindən artıq ağac əkilib, 20 ton toxum səpilib”, - o deyib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34