Vladanka Andreyeva dünya ölkələrini iqlim dəyişmələri ilə birgə mübarizəyə çağırıb

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva dünya ölkələrini iqlim dəyişmələri ilə birgə mübarizəyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə o, Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı danışıb.

Rezident əlaqələndirici qeyd edib ki, iqlim dəyişmələri ilə mübarizə üçün Azərbaycanda birgə danışıqlar aparmaqla həll yolları tapılmalıdır.

Onun sözlərinə görə, dünya ölkələri COP29 çərçivəsində Azərbaycanın iqlim dəyişmələrini necə ciddiyə aldığına şahid oldu: "Azərbaycanın COP29-a ev sahibliyini uğurla başa vurması göz önündədir. Lakin iqlim dəyişmələri ilə mübarizə təkcə Azərbaycanın öhdəliyi deyil, digər ölkələr də buna qoşulmalıdır".

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34