Tullantıdan sənətə: Abşeron Milli Parkında növbəti ekoloji tədbir

"Ətraf mühitə qayğı" çağırışı ilə tullantılardan hazırlanmış əl işlərinin Abşeron Milli Parkında sərgisi keçirilir.

ETSN-dən “Report”a bildirilib ki, sərgidə təbiətə qayıdış və etno instalyasiya nümunələri, həmçinin ekoloji təmiz qida məhsulları nümayiş etdirilir.

Gənc heykəltəraş - instalyator Emil Məcidovun tullantılardan hazırladığı "Yer kürəsi, Qobustan qayası, Lotus gülü" əsəri və digər instalyasiya nümunələri iqlim dəyişmələri ilə mübarizədə gənclərin rolunu, ətraf mühitə qayğı naminə həmrəyliyi, təbiətlə vəhdəti, cəmiyyətin məsuliyyətini ehtiva edir.

Sərginin keçirilməsində məqsəd tullantılardan səmərəli istifadənin və iqlim dəyişikliyi məsələlərinin incəsənətin vizual gücü ilə diqqətdə saxlanılmasıdır.

İctimaiyyəti iqlim dəyişikliyi ilə mübarizəyə və ətraf mühitə qayğı göstərməyə çağıran sərgi noyabrın sonunadək davam edəcək.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34