Cənubi Koreyada Azərbaycan nümayəndə heyətinin iştirakı ilə “Ümumdünya Ətraf Mühit Günü” başlayıb

Cənubi Koreyanın Çedju şəhərində "Ümumdünya Ətraf Mühit Günü" başlayıb.

"Report" xəbər verir ki, bu tədbir BMT-nin Ətraf Mühit Proqramının (UNEP) təşkilatçılığı ilə keçirilir.

Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Tədbir iştirakçılarına BMT-nin Baş katibi Antonio Quterreş videomüraciətlə çıxış edib.

"Ümumdünya Ətraf Mühit Günü plastik çirklənmə ilə mübarizə yollarının axtarışına həsr olunub. Plastik çirklənmə ekosistemlərə, rifahımıza və iqlimə zərər vurur. Plastik tullantılar çayları zibilləyir, okeanı çirkləndirir və vəhşi təbiəti təhlükə altına alır", - o bildirib.

Təşkilatın Baş katibi plastik çirklənmə probleminə son qoymaq və bütün bəşəriyyət üçün daha yaxşı gələcək qurmaq üçün ciddi səylər göstərməyə çağırıb.

Azərbaycan 2026-cı il üçün tədbirin ev sahibi ölkəsi elan ediləcəyi gözlənilir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38