Səhiyyə Nazirliyi çimərliklərə gedənlərə xəbərdarlıq edib

“İnsanlar çimərliyə gedəndə çox vaxt hazır qidalar götürürlər. Bəzən şikayətlər alırıq ki, vətəndaş çimərlikdən qayıtdıqdan sonra özünü narahat hiss edir. Bu narahatlığın da kəskin mədə-bağırsaq sisteminin pozulması, yaxud qida zəhərlənməsi olduğunu təyin etmək çətin olur”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov “Ekspert saatı”nda deyib.

Mütəxəssis çimərliyə gedən vətəndaşlara tez xarab olan məhsulları aparmamağı məsləhət görüb: “Çünki çimərliklərdə qida saxlanılması üçün münasib şərait yoxdur. Bundan başqa, çimərlik ərazisində tez xarab olan məhsul satışı olur. Həmin məhsulların alışı məsləhət deyil. Eyni zamanda bostançılıq məhsullarını, eləcə də geyimləri çimərlik ərazisinə tullamaq olmaz. Anti-sanitariya şəraiti ilə bağlı diqqətli olmaq lazımdır”.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34