Şabranda yük avtomobilindən qanunsuz yolla kəsilən meşə materialı aşkarlanıb

Bakı. 27 iyul. REPORT.AZ/ Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən regionlarda reydlər davam etdirilir.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən Şabran rayonunun Dənizkənarı meşəbəyliyinin 8 saylı dolayında “Zil-131” markalı dövlət nömrə nişanı olmayan avtomobil saxlanılıb. Avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 4,5 m3 həcmində yaş fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı avtomobilin sahibi Xalid Abidov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 1883 manat məbləğində ziyan tətbiq edilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38