Sabit Bağırov: Ermənistandan axan çaylar vasitəsilə Azərbaycan ərazisi çirklənmə təhlükəsi ilə üz-üzədir

Ermənistandan axan çaylar vasitəsilə Azərbaycan ərazisi çirklənmə təhlükəsi ilə üz-üzədir.

“Report” xəbər verir ki, bu fikirləri “Enviromental Protection First” qeyri hökumət təşkilatı (QHT) koalisiyasının üzvü Sabit Bağırov deyib.

O, Metsamor atom elektrik stansiyasının (AES) fəaliyyətini davam etdirməsinə etiraz olaraq keçirilən brifinqdə bildirib ki, Ermənistandan Azərbaycana ən azı 6 çay axır. Bu mənada, Araz çayının çirkləndirilməsi riski yüksəkdir.

"Bununla bağlı İran mediasında da müvafiq etirazların olduğunu görmüşük. Demək olar ki, Azərbaycanın bütün ərazisi çaylar vasitəsilə çirklənmə təhlükəsi ilə üz-üzədir. Ermənistan Helsinki Konvensiyasına qoşulmayıb. Bu sərhəd bölgələrdəki çay və göl yataqlarının təmizliyinə cavabdehlik daşıyan bir konvensiyadır. Ermənistanın bu sənədə qoşulmamasının səbəbi, yəqin ki, məlumdur", - S.Bağırov vurğulayıb.

O qeyd edib ki, son onillikdə regionda xərçəng xəstəliyi riski dəfələrlə artıb: "Səbəblər müxtəlifdir, amma onlardan biri də, əlbəttə, Metsamor AES-in fəaliyyətdə olmasıdır. Ermənistanda 13 dağ-mədən tullantı mərkəzi var. Bu tullantıların fəsadları çox ağırdır".

S.Bağırov əlavə edib ki, Ermənistan hökuməti "Metsamor təhlükəsi ilə bağlı media, QHT və ictimai səsi yatırmaq üçün əlavə vəsaitlər xərcləyir: “Bizdə olan məlumata görə, bir ildə bu istiqamətdə 800 min dollar vəsait sərf olunub. Bu vəsaiti onlar ictimai səsi yatırmaq üçün xərcləyirlər”.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34