Sabah 27 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda oktyabrın 28-də 27 dərəcə isti olacağı gözlənilir.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 21-26 isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

Digər xəbərlər

Sabah hava yağmursuz olacaq 23 dekabr, 2025 / 13:01
Bəzi yerlərdə yağış yağacaq 21 dekabr, 2025 / 12:21
Sabah hava yağmursuz keçəcək 18 dekabr, 2025 / 12:13