Sabah Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçiriləcək

Sentyabrın 11-13-də Türkmənistanın Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun altıncı iclası keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyi məlumat yayıb.

Müzakirələrdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan nümayəndə heyətləri iştirak edəcəkdir.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24