Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 21-i gündüzədək davam edəcək

Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 21-i gündüzədək davam edəcək.

Bunu "Report"a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hazırda ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur.

G.Məmmədovanın sözlərinə görə ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti bölgələrdə iyunun 21-i gündüzədək , Bakıda və Abşeron yarımadasında isə iyunun 19-u səhərədək davam edəcək.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02