Qarabağda yayılan dərman bitkilərindən 19 fəsilə və 28 cinsin itmə təhlükəsi var

Qarabağda yayılan dərman bitkilərindən 19 fəsilə və 28 cinsin itmə təhlükəsi var.

"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü, İradə Hüseynova Zəngilanda İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun bugünkü iclasında çıxışı zamanı deyib.

"Bu günə kimi aparılmış monitorinqlər nəticəsində məlum olub ki, dərman bitkilərinin 19 fəsilə və 28 cinsdən ibarət 35 növü Qafqaz endemi, 32 növü nadir və itmə təhlükəsi olan bir çoxu Azərbaycanın "Qırmızı kitab"ına salınıb", - o vurğulayıb.

İ.Hüseynova əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə 165 nəsli kəsilmək təhlükəsində olan bitki növü mövcuddur:

"Eyni zamanda, 57 fəsilə və 99 cinsə aid nəsli kəsilmək təhlükəsində olan, 34 fəsilə və 84 cinsə aid 119 endem və subendem növ var".

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34