Nazir Hüseyn Bağırovun Siyəzəndə vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

Bakı. 9 mart. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Siyəzən şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, martın 11-də nəzərdə tutulan görüş martın 16-na keçirilib.

Qəbulda Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Görüş Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayon Xudat qəsəbəsi 4-cü şöbə, əlaqə telefonları: 050-338-20-66, 055-768-19-10, 023-323-00-14) xahiş olunur.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34