Nazir: "Azərbaycanda hidrometeoroloji sahədə ən müasir müşahidə sistemləri tətbiq olunur"

"Azərbaycanda hidrometeorologiya sahəsinin modernləşdirilməsi üçün dövlət investisiyaları çərçivəsində ən müasir müşahidə sistemləri tətbiq olunur".

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunda deyib.

Nazir bildirib ki, hidrometeoroloji xidmətin müasir standartlar səviyyəsinə çatdırılması üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilir.

"Dopler radar sistemləri, dənizdə, quruda və çaylar üzərində müasir avtomat stansiyalar quraşdırılaraq istifadəyə verilir, əhalinin və iqtisadiyyatın hava-iqlim şəraitindən asılı olan sahələrinin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. İqlim riskləri ilə bağlı dayanıqlılığı artırmaq məqsədi Milli Uyğunlaşma Planlarının tərkib hissəsidir. Bu fəaliyyət ölkəmizdə BMT-nin İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilir", - nazir vurğulayıb.

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38