Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayonunun Hücü kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub.
"Report" xəbər verir ki, Nazirliyin yerli qurumlarının əməkdaşlarının keçirdikləri reyd zamanı fevralın 5-i gecə saat 5 radələrində "QAZel" markalı 10-OS-483 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 2 kubmetr həcmində ağcaqayın cinsli işlik meşə materialı aşkar edilib və avtomobilin sahibi Samir Məmmədov barəsində akt tərtib olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.