Lənkəran və İsmayıllıda ağacları qanunsuz kəsən şəxslər cərimələnib

Lənkəran və İsmayıllı şəhərləri ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, araşdırma zamanı ağacların Lənkəran şəhəri, Həzi Aslanov xiyabanında vətəndaş Vüqar Rəhimov, İsmayıllı şəhəri, Natavan küçəsi 23 ünvanında isə vətəndaş Tahir Osmanov tərəfindən kəsildiyi məlum olub.

Faktlarla bağlı akt tərtib edilib, Lənkəran rayon sakini V.Rəhimov barəsində protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb.

İsmayıllı şəhərində isə yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24